Livan Hizbullah təşkiltının lideri Seyyid Həsən Nəsrullah, Liviyanı, tanınmış alim Musa Sədri oğurlamaqda ittiham edib
06-09-2010
Faktxeber.com-un Presstv-yə istinadən verdiyi məlumata görə, bununla bağlı çıxış edən təşkilat lideri adı gedən alimin tez bir zamanada azad edilməsini istəyib.
Qeyd edək ki, İmam Musa Sədr 1978-ci ildə Liviyaya rəsmi səfər edərkən, şübhəli şəkildə yoxa çıxmışdır. Sonradan isə onun məhz Liviya təhlükəsizlik orqanları tərəfindən oğurlanması aşkar olmuşdur. Bununla bağlı 2008-ci ildə Livan Baş Prokurorluğu, Musa Sədrin Liviya prezidenti Müəmmər Qəddafi tərəfindən oğurlandığı barədə sübutların yetərli olması barədə açıqlama verərək, Qəddafinin həbs edilməsi ilə bağlı order vermişdi.
Musa Sədr Livan Hizbullah təşkiltının əsas banilərindən hesab olunur.