Özlərini "demokratiyanın beşiyi" adlandıran İngiltərədə, keçmiş əsgər olan bir polis məmuru, günahsız bir qadını polis bölməsində faciəvi şəkildə döyüb. Təhlükəsizlik kameralarının saniyə-saniyə göstərdiyi hadisə, ingilislərin böyük etirazına səbəb olub.
06-09-2010
FaktXeber.com-un verdiyi məlumata görə, 57 yaşlı Pamela Somervilleni günahsız olduğu halda nəzarət altına alaraq polis bölməsində vəhşicəsinə döyən 37 yaşlı polis məmuru Mark Andrews, Oxford Magistrates məhkəməsində dünən hakim qarşısına çıxarılıb.
Məhkəmədə ona qarşı qaldırılan iddianı rədd edən Andrewsin, cümə axşamı günü yenidən hakim qarşısına çıxarılacağı və 12 ay həbs cəzası veriləcəyi bildirilir.
İngilis ictimaiyyətin böyük etirazına səbəb olan bu hadisədə, polis məmuru Andrews, özündə olduqca balaca və əlləri qandallı olan yaşlı qadını əvvəl yerlərlə sürüyür, daha sonra isə təpik və yumruqla döyərək kameraya atır.
Aldığı zərbələrin təsiriylə huşunu itirən yaşlı qadın, bir müddət sonra özünə gəlir. Gözündən aldığı zərbələr nəticəsində qaşı partlayır və çoxlu qan itirdiyi üçün kamera qan gölünə dönür. Bu vaxt vəziyyətin ciddiliyini anlayan bir polis həkimi, yaşlı qadına yardım edir və qanaxmanı dayandırmağa çalışır. Təcili yardımla xəstəxanaya aparılan yaşlı qadın, müalicədən sonra yenidən polis idarəsinə aparılır.
Pamela Somerville, "Yoldaşımla bərk mübahisədən sonra çölə çıxdım və bir az musiqi dinləmək üçün maşınıma mindim. Daha sonra yatıb qalmışam. Gecə soyuq olduğu üçün maşının qızdırıcısını da açıq qoymuşdum. Sabah oyandıqda mühərrik işləmirdi və enerji bitmişdir deyə düşündüm. Bu vaxt bir qadın polis məmurunun mənə doğru gəldiyini gördüm və enerji yükləmək üçün kabelin olub-olmadığını soruşdum" - deyə qeyd edir.
Bundan sonra qadın polis məmurunun telefonla kömək istədiyini və qısa bir müddət sonra iki polis maşınının sürətlə gəldiyini söyləyən Somerville, "Gələn polislərə də "kabeliniz varmı" deyə soruşdum, ancaq polis məmuru Mark Andrews, mənə çənəmi bağlamağımı söyləyərək, təhqir etdi. İsrarla günahsız olduğumu söylədim, lakin polis məmuru, sərt bir hücumla əllərimi arxadan bağladı və sonra da polis mərkəzinə apardılar" - deyə əlavə edib.
Somerville, "Əllərimi qandallayan polis məmuru, məni davamlı şəkildə təhqir edir və döyürdü. Polis bölməsinə gəldikdə isə məni əvvəl beton kameraya atdılar. Yerdəykən də dəfələrlə təpiklə döydü. Məni davamlı şəkildə bir yerdən başqa yerə sürüyürdü. Nəhayət ağlayaraq yalvardım və dayanmasını istədim. Hər tərəfim qan içində idi. Bir polis məmuru gəlib qanaxmanı dayandırmaq istədi. Sonra da xəstəxanaya aparmağın lazım olduğunu söylədi. Xəstəxanada qanaxmanı dayandırdılar, amma sol gözümün çox ziyan çəkdiyini söylədilər. Gözümün cərrahiyyə əməliyyatına ehtiyacı olduğunu bildirdilər" - deyə söyləyib.