İki şüşə şərab içən təhlükəsizlik işçiləri bu sirləri barda unudublar
06-09-2010
FaktXeber.com-un verdiyi məlumata görə, Roma Katolik Kilsəsinin başçısı Papa XVI Benediktin 16-19 sentyabr tarixlərində Londona edəcəyi ziyarətin "çox gizli" təhlükəsizlik sirlərini ehtiva edən dosyenin bir barda unudulduğu və qarsonlar tərəfindən tapıldığı bildirilir.
Papanın İngiltərəyə edəcəyi rəsmi ziyarət əsnasında görüləcək təhlükəsizlik tədbirləriylə əlaqədar məlumatları ehtiva edən çox gizli dosye, ölkənin Leamington Spa bölgəsindəki bir barda tapılıb.
Gizli məlumatlar ehtiva edən dosyedə, aralarında İngiltərənin eks baş naziri Tony Blairin də olduğu VİP qonaqların maşınlarının saxlanılacağı ərazi və oturacaqları yerlərlə bağlı məlumatlarla bərabər, Papanın açıq havada xalqla təmasda olacağı yerin ətraflı məlumatları da var.
Papanın Birmingham səfəri əsnasında Papanın qalacağı və cübbəsini geyəcəyi otaq, istifadə edəcəyi alətlər, elektrik və su təmin edəcək texniki məlumatlarında olduğu bildirilir.
İKİ ŞÜŞƏ ŞƏRAB İÇDİLƏR
Çox gizli dosyenin tapıldığı Leamington Spa bölgəsində olan "Moorings Bar and Grill" adlı restonanın müdiri Jim Treherne, "Əgər pis niyyətli bəziləri bu dosyanı tapsaydı, hər cür pis planı rahatlıqla həyata keçirə bilərdilər" - deyə söyləyib.
Gizli dosyenin günorta yeməyində iki şüşə şərab sifarişi verən kostyumlu iki kişi tərəfindən stolda unutduğunu vurğulayan Treherne, sözügedən şəxslərin dosyanı almaq üçün geri gəldiklərini, ancaq dosyeni polisə verməyi daha uyğun hesab etdiklərini bildirib.