Zinəddin Zidanın oğlu Enso İspaniya vətəndaşlığı alacaq.
06-09-2010
1998-ci ildə futbol üzrə dünya çempionu Zinəddin Zidanın oğlu Enso İspaniya vətəndaşlığı alacaq. Məlumata görə, 15 yaşı olan Enso futbolçudur və “Real Madrid”in 15 yaşlılardan ibarət komandasında çıxış edir. Artıq Enso İspaniyanın 16 yaşlılardan ibarət millisinin diqqət mərkəzinə düşdüyündən, ona millidə çıxış etmək üçün ölkə vətəndaşlığını qəbul etmək təklif olunub. Qeyd edək ki, Zidanın oğlu olan Enso təklifi qəbul edib.