Moldovada təşkil edilən referendumun etibarsız olduğu bildirilib
06-09-2010
Faktxeber.com-un Anadolu xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Moldovada prezidentin parlamentdə deyil, xalq tərəfindən seçilməsiylə əlaqədar referendumda xalqın 29,67 faizi iştirak edib. Bu isə referendumun etibarlı olması üçün kifayət etmir. Referendumun etibarlı sayılması üçün xalqın ən azı 33 faizi iştirak etməlidir.
Siyasi böhrana son vermək məqsədiylə təşkil edilən referendumun etibarsız elan edilməsiylə, böhranın yenidən başladığı bildirilir.
Qeyd edək ki, SSRİ-nin dağılmasından sonra Moldovada 2001-ci ildə seçilən ilk kommunist prezident, sabiq Moldova prezidenti Vladimir Voronin, referendumun bir "tələ" olduğunu iddia edərək, tərəfdarlarını referendumu boykot etməyə çağırmışdı.