Mövlud Çavuşoğlu: "Türkiyə ən çox Azərbaycanı dəstəkləyir"
AŞPA-nın sədri vurğulayıb ki, Türkiyə ətrafındakı bütün ölkələrələ münasibətlərini inkişaf etdirmək istəyir
06-09-2010
Avropa Şurası Parlament Assambleyasınn sədri Mövlud Çavuşoğlu “Avropa İttifaqında Türkiyənin rolu” mövzusunda İsveşdə keçirilən konfransdakı çıxışında bildirib ki, Türkiyə bütün platformalarda türkdilli ölkələrin mənafeyini qoruyur və bu bizim vəzifəmizdir. Bu ölkələrin sırasında isə, ən çox Azərbaycanı dəstəkləyir. Türkiyənin Azərbaycana yardımları davam edir. AŞPA-nın sədri vurğulayıb ki, Türkiyə ətrafındakı bütün ölkələrələ münasibətlərini inkişaf etdirmək istəyir. Ermənistan ilə münasibətlərimizdə ən mühüm şərtimiz onun işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməsidir. Bu şərti yerinə yetirdikdən sonra Ermənistanla da əlaqələrimiz qaydasına düşəcək.