Hadisə zamanı 9-u polis olmaqla 14 həlak, 34 pakistanlı isə yaralanıb
06-09-2010
FaktXeber.com-un verdiyi məlumata görə, Pakistanın şimal-qərbində polis məntəqəsində baş verən partlayış nəticəsində 9-u polis olmaqla 14 həlak, 34 pakistanlı isə yaralanıb. Terrorçu-kamikadze partlayıcı yüklənmiş maşını polis məntəqəsinin yanında partladıb. Xatırladaq ki, ötən həftə Laxor və Kvetta şəhərlərində də bir sıra terror aktları gerçəkləşdirilib. Partlayışlar zamanı 100-dən artıq insanın öldüyü terror aktlarına görə məsuliyyəti öz üzərinə “Taliban” hərəkatı götürüb. Hərəkat yaxın günlərdə ABŞ və Avropada terror aktları gerçəkləşdirəcəklərini bəyan edib.