Təbii fəlakət zamanı bir avtobus və bir neçə avtomobil torpaq altında qalıb
06-09-2010
FaktXeber.com-un verdiyi məlumata görə, Latın Amerika ölkələrindən olan Qvatemalada aramsız yağan yağışlar nəticəsində ölkətə sel fəlakəti yaranıb. Təbii fəlakət zamanı Qvatemalada 36 nəfərin həlak olduğu, onlarla adamın xəsarət aldığı bildirilir. Qeyd edək ki, ölkənin qərbində baş verən torpaq sürüşməsi zamanı bir avtobus və bir neçə avtomobil torpaq altında qalıb. Həlak olanların sayı hələlik 36 nəfər göstərilsə də, 100-nəfərə qədər artacağı söylənilir.