DİN-də yeni kadr dəyişikliyinə hazırlıq gedir. Bu barədə TİA.AZ-a verilən məlumatda deyilir ki, yaxın günlərdə Bakının Nəsimi rayon Polis İdarəsinin rəisi Məmməd Mikayılov pensiyaya göndəriləcək. Onu isə Masallının polis rəisi Əkbər Yusifov əvəzləyəcək.
06-09-2010
Etibarlı mənbələrdən verilən məlumatda deyilir ki, Əkbər Yusifova belə bir etimadın göstərilməsinə səbəb onun Qəbələdə işlədiyi dövrdə DİN rəhbərliyi tərəfindən təqdir edilməsidir. Məlumatlara görə, Yusifov keçən həftə Bakıya göndərilməliydi. Lakin Lənkəranda baş vermiş məlum hadisə ilə əlaqədar olaraq proses yubanıb. Güman edilir ki, rayonda cərəyan edən proseslərə tam aydınlıq gəldikdən sonra sözügedən təyinat baş tutacaq.
Xatırladaq ki, bu ilin martında Masallıya polis rəisi postuna gətirilən Yusifovun Bakıda baş çıxara biləcəyi isə sual altındadır.