Noyabrın 4-də ekrana çıxacaq "Kurtlar Vadisi Fələstin" İsrail rejiminə bərk narahat edib
06-09-2010
FaktXeber.com-un verdiyi məlumata görə, "Pana Film"in istehsalı olan "Kurtlar Vadisi Fələstin" filmi İsrail mediasında sərt tənqid olunub. Hələlik çəkilişləri davam edən və İsrailin törətdiyi cinayətləri özündə əks etdirən yeni film, ekrana çıxmasa da rəsmi Təl-Əvivin etirazı ilə qarşılanıb. Qeyd edək ki, dünən dərc olunan "Yedioth Ahronoth" qəzetində filmin qəhrəmanı olan Polad Ələmdar kəşfiyyat orqanlarının əməkdaşı kimi təqdim olunub. Nəzərinizə çatdıraq ki, "Kurtlar Vadisi Fələstin" filmi əsasən İsrailin Qəzzaya qarşı tətbiq etdoiyi embarqo və "Mavi Mərmərə" gəmisində törədilən cinayətlərdən bəhs edəcək.