Mixail Qorbaçovun həbs olunması tələbi ilə aksiyalar keçirilir
Tiflisdə SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun bu ölkəyə səfərinə etiraz olaraq aksiya keçirilib
06-09-2010
APA-nın “Qriuzia online” saytına istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları Qorbaçovun Tiflis hava limanında həbs olunmasını tələb ediblər. Aksiyanın təşkilatçılarından Gürcüstan Xalq Cəbhəsinin sədri Nodar Natadze bildirib ki, Mixail Qorbaçov 1989-cu il aprelin 9-da Tiflisdə dinc sakinlərin gülləbaran edilməsinə əmr verən şəxs kimi cinayət məsuliyyətinə cəlb olunmalıdır: “Gürcüstan hakimiyyət orqanları əli gürcü xalqının qanına batmış Mixail Qorbaçovu yalnız ölkə sərhədlərini keçən kimi həbs edə bilərlər”.
Xatırladaq ki, SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov və ABŞ-ın sabiq dövlət katibi Kondoliza Raysın sabah Gürcüstana səfəri gözlənilir. Sabiqlərin planına həmçinin Azərbaycan, Ukrayna və Türkiyəyə də səfər daxildir. Qorbaçov və Rays bu ölkələrdə auditoriya qarşısında mühazirə ilə çıxış etməyə hazırlaşırlar. Onlar Gürcüstana səfər çərçivəsində Batumidə olacaq, Gürcüstan hakimiyyətinin təmsilçiləri, ekspertlər, iş adamları ilə görüşəcəklər.