Ötən gecə Bakıda bıçaqlanma hadisəsi baş verib. Məlumata görə, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsi Leyla Məmmədbəyli küçəsində baş verib.
27 yaşlı Vüqar Məmmədxəlil oğlu Qasımov yaşadığı binanın yaxınlığında naməlum şəxslərin hücumuna məruz qalıb. Beş bıçaq zərbəsi alan Vüqar hadisə şahidlərinin köməkliyi ilə 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb.
Vüqar Qasımov polisə verdiyi ifadəsində bildirib ki, naməlum şəxslər maşınla onun qarşısını kəsiblər. Daha sonra maşındakılardan biri düşərək özünü polis kimi təqdim edib və ona vəsiqə göstərib. V.Qasımov vəsiqəyə baxarkən özünü polis kimi təqdim edən şəxs ona beş bıçaq zərbəsi vurub.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsində şübhəli şəxslərin axtarışları davam etdirilir.