Gəmidə zərər çəkmişlərin vəkili Ramazan Arıtürk hücum vaxtı baş vermiş qarət hadisələrinin bilinəndən daha böyük olduğunu deyib
06-09-2010
Qəzzaya yardım aparan və İsrail hərbçilərinin hücumuna məruz qalan “Mavi Mərmərə” gəmisində zərər çəkmişlərin vəkili Ramazan Arıtürk hücum vaxtı baş vermiş qarət hadisələrinin bilinəndən daha böyük olduğunu deyib. Bunun planlı bir qarət hadisəsi olduğunu deyən Arıtürk oğurlanan əşyaların siyahısını açıqlayıb.
Ramazan Arıtürk BMT istintaq komissiyasının tərəfsiz olacağına dair qayğılarını da təşkilatın sədri Pan ki Muna çatdırdıqlarını deyib. ans
Arıtürk 269 mobil telefon, 87 kamera, 121 fotoaparat, 100 nootbuk, 130 000 ABŞ dolları, 150 000 avro, 2 000 funt-sterlinq (2 478 manat), 35 000 türk lirəsi (18 602 manat) nəğd pul, 1 diktafon, 1 DVD qeyd edici, 4 iPod və 4 dalğıc geyiminin hava balonları ilə birlikdə gəmidən oğurlandığını bildirib.