FaktXeber.com olaraq, sentyabrın 1-də Bakının Bayıl qəsəbəsindəki Dövlət Bayrağı Meydanında qaldırılan bayrağın sentyabrın 3-də yoxa çıxması barədə sizlərə məlumat vermişdik. Həmin vaxt yerli medianın bayrağın yoxa çıxması və nə vaxt yerinə qaytarılması ilə bağlı suallarına Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən cavab verən olmamışdı. Bu günlərdə yoxa çıxan bayrağın yenisi ilə əvəz olunması barədə rəsmi orqanlardan məlumat verilsə də, bayrağın əslində cırıldığı üçün dəyişdirildiyi üzə çıxıb.
Bu isə onu göstərir ki, bütün sahələrdə olduğu kimi, bayrağın hazırlanmasında da ciddi maliyyə yeyintilərinə yol verilib. Və bunun nəticəsində də, bayraq keyfiyyətsiz materialdan hazırlanıb. Hər halda, dövlət başçısının da açılışında şəxsən iştirak etdiyi bayrağın cəmi bir gün sonra cırıq-cırıq olmasında məsuliyyət küləyin deyil, fırıldaqla məşğul olan məmurların üzərinə düşür.
Bundan əlavə qeyd edək ki, bayrağın cırılmış şəkildə videosu bütün erməni mətbuatında yayımlanıb. Və videoda çəkiliş aparanın ingiliscə müxtəlif sözlər söyləyərək güldüyü aydın eşidilir. Bu biabırçı olayın lentə alınaraq erməni mediasına ötürülməsi başqa söhbətin mövzusu olsa da, bu olayın baş verməsinə, daha doğrusu bizi ermənilərin yanında gülünc hala salmasına cavabdeh məmurun oturduğu yer hansısa dəbdəbəli kabinet deyil, ən azından həbsxana olmalıdır.
ayibdiye azerbaycancun...kim yazibsa ona haladi...duz deyirsiz...uwaqlar et tapmir yemeye bular 20 milen verir tupoyskiy bayraqa..bu dordanda tupizmdi..
#FFFFFF">
dizayner
06-09-2010,
#FFFFFF">
Axi bu shekildeki cirilmish bayraq o bayraq deyil.Duzdur xoshagelmez haldir. Amma shekili duzgun qoymaq lazimdir ki dushmenlerimiz goturub shishirdmesin. Onsuzda onlar bu fakti shishirdib haralara chixardirlar. Sozu gedilen Dovlet bayraqi shekildeki qeder cirilmamishdir.
#FFFFFF">
/*
Redaksiyadan: Salam. Chox sag olun fikirlerinize gore. Amma diqqet etseniz gorersiz ki, bu shekil xeber sonunda verilmish videodan goturulub. Videoda da mehz hemin erazideki bayraq gorunur. */