Bəzi müşahidəçilər kimlərinsə ev satışına yardımçı olmağa çalışır
04-09-2010
Son günlər payızda mənzillərin qiymətlərinin bahalaşacağı barədə məlumatlar yayılmağa başlayıb. Ekspertlərin dilindən səslənən bu fikirlərdə müşahidələr belə əsaslandırılır ki, artıq yay dövrü ərzində sahibkarlar müəyyən qazanc əldə etdikdən sonra, həmin pullarını daşınmaz əmlaka yatırmağa başlayırlar.
FaktXeber.com-un TİA-ya istinadən verdiyi məlumata görə, belə informasiyaların ekspertlərin dilindən yayılması məqsədli xarakter daşıyır. Belə ki, bəzi məmurlarla əməkdaşlıq etməkdən çəkinməyən həmin ekspertlər məhz onların sifarişlərini həyata keçirirlər. Məlumatlı mənbənin sözlərinə görə, faktiki dönəmdə mənzil bazarında durğunluq yaşanır və bu da bir çox məmurların inşa etdiyi binalarda satış imkanlarını aşağı endirib. Əllərində xeyli sayda satılmamış mənzil olan həmin şəxslər də bazarın indiki kasad vaxtında təbliğat apararaq, onların realizasiyasına nail olmaq istəyirlər.
Bu barədə həmçinin o da deyilir ki, aparılan təbliğatın işə yaraya biləcəyi gözlənilən deyil. Çünki yayda işləyib pul qazanmış sahibkarlar həmin vəsaitlə ancaq öz xərclərini ödəməyə qadirdilər. İndiki məqamdə onların pullarını danınmaz əmlaka yatırması qətiyyən inandırıcı görünmür.