Qızını işə yerləşdirmək üçün vəzifəsindən sui-istifadə edən Yu Myun-Hvan kreslosu ilə vidalaşmalı olub
04-09-2010
.
Cənubi Koreyanın xarici işlər naziri Yu Myun-Hvan qızını işə yerləşdirərkən vəzifəsindən sui-istifadə etdiyi haqda iddialar səbəbilə istefa verib. Ölkə prezidenti Lee Myun-Bak nazirin istefasını qəbul edib. Qeyd edək ki, Yu 31 ay öncə xarici işlər naziri vəzifəsini icra etməyə başlayıb. Bu günlərdə nazirliyin Sərbəst Ticarət Dairəsində keçirilən imtahan üçün qeydiyyat müddətinin 10 gündən 1 aya çıxarılmasında nazirin barmağının olduğu, bununla qızına lazımi sənədləri hazırlaması üçün zaman qazandığı iddiası ortaya atılıb. İlk imtahanda uğur qazana bilməyən nazir qızı ikinci imhatanda şihafi sorğu mərhələsinə qədər gəlib, 3 finalçı arasından seçilib.