İrqçi mövqe, İslamiyyət düşmənçiliyi Avstriyada özünü yenə göstərdi. Bu dəfə kompüter oyunuyla.
04-09-2010
Avstriya, irqçilik və İslam düşmənçiliyində çirkin üzünü bir daha göstərdi.
FaktXeber.com-un verdiyi məlumata görə, İrqçi Azadlıq Partiyası seçki kampaniyasında kompüter oyunundan istifadə edib. Amma burada oyunçu, ekranda yüksələn minarələrdən azan oxuyan müəzzini vuraraq bal qazanır. Almanca "Moschee Baba" adlı oyunun sonunda "Steiermark əyaləti məscidlərlə və minarələrlə doldu. Bunun olmasını istəmirsənsə, 26 sentyabrda FPO-ya (Azadlıq Partiyası - red.) səs ver" mesajı gəlir.