
İSRAİL SƏFİRLİYİ QARŞISINDA ETİRAZ AKSİYASI
İSLAM PARTİYASININ SƏDRİNƏ 8 GÜN HƏBS CƏZASI
MMDİB-nin "Qüds günü" tədbiri
«Milli-Mənəvi Dəyərlər» İctimai Birliyi “Bakı Əyləncə Mərkəzi”nin “Eliza” salonunda Beynəlxalq “Qüds Günü” ilə bağlı ölkənin tanınmış ictamai və din xadimlərinin iştirakı ilə iki hissədən ibarət tədbir təşkil edib.
Tədbir Quran tilavətiylə başlayıb. Daha sonra «Milli-Mənəvi Dəyərlər» İctimai Birliyinin sədri Hacı Mehdi Məmmədov tədbir iştirakçılarını salamlayıb. O, “Qüds Günü” barədə çıxış edərək, bu günün əhəmiyyətindən danışıb. “Quranda zülmə etiraz” mövzusunda çıxış edən Quran və Hədis Elmləri üzrə mütəxəssis-alim Hacı Zülfüqar Mikayıllı Quran ayələrinə istinadən düşmənlərin əslində zəif, imanı və əqidəsi olanların isə güclü olduğunu bildirdi.
Sonra “Sionizm cinayətləri” mövzusunda çıxış üçün söz «Məşhədi Dadaş» məscidinin İmam Camaatı Hacı Şahin Həsənliyə verildi. O, «Milli-Mənəvi Dəyərlər» İctimai Birliyinin bu işlərdə fəallığını xatırladaraq, sionizmin tarixi cinayətlərini sadaladı.
İsrailin “Mavi Mərmərə” cinayəti haqqında videoçarxdan sonra isə, «Yaşıllar» partiyasının sədri Mais Güləliyev “Masonlar və sionizm” mövzusunda çıxış edib. ABŞ-dakı imperialistlərin fəaliyyətləri haqqında danışan Güləliyev, İsrailin məhz ABŞ və digər imperialistlər tərəfindən yaradıldığını önə çəkib.
“Qüds və İmam Xomeyni” mövzusunda çıxış üçün söz Azərbaycan İslam Partiyasının sədri Hacı Möhsün Səmədova verilib. O, İmam Xomeyninin “Qüds” haqqında çıxışlarından sitat gətirib.
İslam-Azeri.az İnternet qəzetinin baş redaktoru Hacı Ramin Bayramov “Qüds və KİV” mövzusunda çıxış edərək, İsrail və ABŞ-ın mediaya təsirindən və bu təsirin azalması üçün çıxış yollarından danışıb.
“Qüds və vətənpərvərlik” mövzusunda Lənkəran ruhanisi Hacı Elman Ağayev danışıb. O, Mübariz İbrahimovun qəhrəmanlığına işarə edərək, məhz dindarların bu şəhidin ailəsini ilk olaraq yad etməsini, bundan sonra isə Mübarizin adının ölkə səviyyəsində yayılmasının bir həqiqət olduğunu deyib.
“Mavi Mərmərə cinayəti” mövzusunda çıxış edən İçərişəhər Cümə məscidinin İmam Camaatı Hacı İlqar İbrahimoğlu bu günün əhəmiyyətinə işarə edib. O, İsrailin “Mavi Mərmərə” cinayətinin artıq terrorçuların son həddəcən quzudzlaşmasının göstəricisi olduğunu bildirib.
“Qüds və müsəlmanların oyanışı” mövzusunda çıxış edən “Miili-Mənəvi Dəyərlər” İctimai Birliyinin ruhanisi Hacı Abgül Süleymanov isə Qüdsün işğalda qalmasının səbəbini bəzi müsəlman dövlətlərinin İsraillə əlaqə qurmasında görüb. Buna misal kimi natiq Misirdə Hüsnü Mübarəki, Səudiyyədə Kral Abdullahı, ölkə daxilində isə iqtidarı göstərib. İslam-azeri.az

DEVAMM-ın Qüds günü tədbiri
İçərişəhər "Cümə" məscidinin dini icmasının təşəbbüsü ilə Bakıda Beynəlxalq Qüds Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir çərçivəsində Qarabağın ermənilər tərəfindən işğalına, Fələstinə və Livana qarşı İsrail rejiminin cinayətlərinə, habelə, qanlı 20 yanvar faciəsinə həsr edilmiş foto-sərgi təşkil edilmişdir.
Tədbirdə çıxış edənlər, Beynəlxalq Qüds gününün keçirilməsinin məqsədlərindən və bu tarixin istər Azərbaycan xalqının, istər Fələstin xalqının, istərsə də dünyanın hər bir yerində təcavüzə məruz qalmış bütün insanların haqq mübarizəsinə dəstək üçün əhəmiyyətindən danışmışlar.
İçərişəhər "Cümə" məscidinin imam-camaatı, DEVAMM sədri Hacı İlqar İbrahimoğlu öz çıxışında Qüds Gününün dərin fəlsəfəsinə işarə etmiş və daşnakların, sionistlərin təcavüzünə bütün istiqamətlərdə həmrəylik əsasında müqavimət göstərməyin əhəmiyyətini vurğulamışdır. Deyerler.org