Azərbaycan siyasi tarixində ilk dəfə olaraq bir partiya sədrinə dinc aksiyada iştirak etdiyi üçün 8 günlük həbs cəzası verilir
03-09-2010
Xəbər verdiyimiz kimi bu gün səhər saatlarında bir qrup dindar İsrail rejiminin Azərbaycandakı səfirliyi qarşısında dinc etiraz aksiyası keçiriblər.
Aksiyanın keçirilməsində məqsəd Beynəlxalq Qüds günü çərçivəsində işğalçı İsrail rejiminin Fəlsətində törətdiyi qətliamlara etiraz etmək olub.
Səfirliyin binası qarşısına toplaşan insanlar əllərində şüarlar tutaraq işğalçı rejimlərə lənət oxuyaraq, işğala son verməyə çağırıblar.
İşğal altında saxlanılan Qarabağ torpaqlarının azad edilməsi tələbini də səsləndirən aksiya iştirakçıları işğalçı Ermənistanı da işğala son verməyə çağırıb.
Bununla da aksiyanı tamamlayaraq geri dönən iştirakçıların qarşısını Yasamal rayon Polis İdarəsinin əməkdaşları kəsiblər. Aksiya iştirakçılarına qarşı zor tətəbiq edərək 60 nəfəri maşınlara doldurub 26 və 27-ci polis bölmələrinə aparıblar.
Daha sonra saxlanılanlardan 30 nəfər azad edilib.
Axşam saatlarına kimi heç bir əsas olmadan şöbədə saxlanılan aksiya iştirakçılarının yerdə qalanları da azad edilib. Sadəcə 8 nəfər, o cümlədən Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər.
Adlarını dəqiqləşdirə bilməsək də öyrnədik ki, 7 nəfər 10, 12 və 15 günlüyünə azadlıqdan məhrum edilib. AİP sədrinə isə 8 günlük həbs cəzası verilib.
Qeyd edək ki, bu cür həbs qərarı Azərbaycan siyasi tarixində ilk belə haldır. Dinc aksiyalar zamanı indiyə kimi heç kəs nə saxlanılmayıb, nə də ki, azadlıqdan məhrum edilməyib.