Azərbaycanda Nazir müavini məşhur müğənniylə evlənir
Ramazandan sonra cütlüyün toyu olacaq
03-09-2010
Azərbaycanda görünməyən daha bir hadisənin şahidi ola bilərik. Daha dəqiq desək, bu dəfə siyasət adamı ilə şou-biznes əhli həyatlarını birləşdirmək qərarını veriblər.
Nazir müavinlərindən biri yaxın vaxtlarda məşhur müğənnilərdən biri ilə evlənmək niyyətini qətiləşdirib. Xeyli müddətdir bir arada olan cütlüyün yekun qərar verməsi isə niyyətlərinin ciddiliyindən irəli gəlib. Sadəcə, prosesin yubanması tərəflərin bir-birini daha yaxından tanıması məqsədi daşıyıb.
Mənbənin bildirdiyinə görə, Ramazan bayramından sonra nazir müavini ilə müğənninin toyu olacaq. İndidən dəvətnamələri paylayan cütlük elə də çoxsaylı qonaq qəbul etmək fikrində deyillər. Onlar məhdud dairəni toylarına dəvət etməklə, prosesin qapalı keçməsində maraqlıdırlar.
Bildirək ki, hər iki şəxsin adları bizə məlumdur. Lakin bir qədər dəqiqləşdirmə apardıqdan sonra onların adlarını çəkmək qərarına gəlmişik. Xatırladaq ki, sözügedən nazir müavini güc strukturlarında çalışmayan biridir. \tia\