İmzalanma İlham Əliyev və Dmitri Medvedev görüşünün yekununda baş tutub
03-09-2010
Azərbaycan və Rusiya arasında dövlət sərhədləri haqqında saziş imzalanıb. İmzalanma mərasimi İlham Əliyev və Dmitri Medvedev danışıqlarının yekununda baş tutub. Sənədi tamamlayan, dövlət sərhədinin təsvir olunduğu əlavə də imzalanıb.
İki ölkə prezidentinin iştirakı ilə həmçinin Azərbaycan Dövlət Neft Şirkəti ilə Rusiyanın “Qazprom” ASC arasında təbii qazın alqı-satqısına dair daha əvvəl bağlanmış müqaviləyə əlavə olunan saziş də imzalanıb. Sazişə əsasən 2010-2011-ci illərdə “Qazprom”a satılan təbii qazın həcmi artırılacaq.
Tərəflər iki ölkə arasında Samur transsərhəd çayının mühafizəsi və səmərəli istifadəsinə dair iki ölkə hökuməti arasında müqaviləni də imzalayıblar.