Ölkənin Səhiyyə Nazirliyi isə ağcaqanadlarla mübarizəyə 2,5 milyon avro vəsait ayırıb
03-09-2010
FaktXeber.com-un verdiyi məlumata görə, Yunanıstanın şimali və mərkəzi hissələrində yayılan “Qərbi Nil” virusundan ölənlərin sayı 14 nəfərə yüksəlib. Virusun mənbəyi olan ağcaqanadlarla mübarizə aparmaq məqsədi ilə Ynanıstanda genişmiqyaslı dərmanlama işlərinə başlanılıb. Qeyd edək ki, bu günə qədər “Qərbi Nil” virusuna yoluxanların sayı 164 nəfərdir. Nəzərinizə çatdıraq ki, Yunanıstanda virusa yoluxmuş ilk xəstə avqustun 4-də xəsətəxanaya müraciət edib. Ölkənin Səhiyyə Nazirliyi isə ağcaqanadlarla mübarizəyə 2,5 milyon avro vəsait ayırıb.
Xatırladaq ki, bu virusa ilk dəfə 1937-ci ildə Uqandanın Qərbi Nil bölgəsində rast gəlindiyi üçün həmin yerin adı ilə adlandırılıb. Əsasən ağcaqanadlar vasitəsi ilə yayılan virus yaşlı və immun sistemi zəif insanlarda ölümcül ola bilən beyin iltihabına səbəb ola bilir.