Yunanıstan futbolunda insanlığa yaraşmayan hadisə baş verib. Bir qarşılaşmanın gedişində futbolçulardan biri ağır zədə alıb. Meydanın mərkəzində baş verən olaya görə hakim kobud oynayan futbolçunu qırmızı vərəqə ilə cəzalandırıb. Əsl həngamə də bundan sonra başlayıb. Belə ki, qırmızı vərəqə alan futbolçu yerdə qalan rəqibini təpikləməyə başlayıb. Komanda yoldaşları və rəqib oyunçular vəhşi futbolçunu çətinliklə zərərsizləşdirib.