2011-ci ildə benzinin qiyməti 50 faiz bahalaşdırıla bilər
Vüqar Bayramov: "Avro standartlarına keçidlə bağlı atılan addımlar benzinin srtukturunun dəyişməsinə səbəb olacaq"
03-09-2010
İlin əvvəlindən Rusiyada benzinin qiyməti 3.3 faiz bahalaşıb. Orta hesabla ilin 7 ayında benzinin hər litrə qiyməti 1.1 rubl artıb. “Rosstat”nın verdiyi məlumata görə, iyulda Rusiya yanacaqdoldurma məntəqələrində bir litr avtomobil yanacağının qiyməti 22.2 rubla olub. Baxmayaraq ki, ötən il bu qiymət 20.68 rubl təşkil edib.Bir il ərzində benzinin qiyməti 7.11 faiz bahalaşıb. Ötən iyun ayı ilə müqayisədə qiymətdə 0.9 faiz artım baş verib. Ekspertlərin fikrincə, yay aylarında yanacağa tələbat artdığından, onun qiymətində cüzi artım hiss olunur. Bəzi analitiklər isə hesab edirlər ki, artımın pisixoloji səbəbləri var. Hansiki bunda neftin dünya bazar qiyməti mühüm paya malikdir. Qonşu öləkədə yanacağın qiymətinin artımının Azərbaycana təsirlərinə və anoloji bahalaşmanın bizdə də baş verib-verməyəcəyinə gəlincə, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov Faktxeber.com-a bildirib ki, Azərbaycanda benzinin qiymətinin artması xarici faktorlarla müəyyənləşdirilmir: “Ölkədə benzinin qiymətinin artması daha çox daxili faktorlarla bağlıdır. Belə ki, Azərbaycan benzinə olan tələbatını daxili istehsal hesabına ödəyir”.Eksperin fikrincə, hazırda Azərbaycanda benzinin qiymətinin artırılması gündəmdə deyil.O cümlədən Dövlət Neft Şirkəti də bu barədə Tarif Şurasına hər hansı müraciət ünvanlamayıb: “Cari ilin növbəti aylarında da Neft Şirkətinin Tarif Şurasına müraciət ünvanlayacağı güman edilmir.Bununla belə 2011-ci ilin əvvəllərində benzinin qiymətinin artırılmasının gündəmə gətirilməsi ehtimalı böyükdür. Dövlət Neft Şirkəti Tarif Şurasına benzinin qiymətinin artırılması ilə bağlı müraciət ünvanlamasa da bu məsələ hökümətdə zaman-zaman müzakirə edilib. Hazırda benzinin qiymətinin artırılması üçün iqtisadi, siyasi zəmin olmasa da 2011-ci ilin əvvəllərində belə bir zəmin yarana bilər”.
İqtisadçı deyir ki, neftin dünya bazar qiymətinin 70-80 dollar ətrafında stabilləşməsi, 2011-ci ilin əvvəllərində müəyən qiymət artımlarının olacağı ilə bağlı proqnozlar benzinin xərcinin artmasına gətirib çıxara bilər: “Eyni zamanda Avro standartlarına keçidlə bağlı atılan addımlar benzinin srtukturunun dəyişməsinə səbəb olacaq.O baxımdan gələn ilin əvvəllərində qiymət artımı istisna edilimir. Güman olunur ki, benzinin qiyməti təxminən 50 faiz artırılacaq. Bu da qeyd etdiyim kimi birbaşa benzinin strukturunun dəyişməsi, dünya bazarında neftin qiymətində müşahidə edilən artımlarla bağlı olacaq. Bütün hallarda ilin sonuna qədər qiymət artımları proqnozlaşdırılmır”.