Brent markalı neftin 1 barelinin dəyəri 0,58 dollar artaraq 76,93 dollar təşkil edib
03-09-2010
Sentyabrın 2-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 1,11 dollar və ya 1,5% artaraq 1 barelə görə 75,02 dollar təşkil edib.
APA-nın məlumatına görə, sentyabrın 2-də ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,58 dollar artaraq 76,93 dollar təşkil edib.