Qriqori Ayvazyan BMT-nin vasitəçsiliyi ilə Azərbaycana qayıtmaq arzusundadır
03-09-2010
Azərbaycandan Ermənistana köçən erməni Azərbaycandakı parlament seçkilərində iştirak etmək istəyir. Azərbaycan erməniləri assambleyası adlı qurumun rəhbəri Qriqori Ayvazyan jurnalistlərə bildirib ki, Bakıya qayıtmaq arzusundadır.
Ayvazyanın sözlərinə görə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına müraciət edəcək və BMT-nin vasitəçiliyi ilə təhlükəsizliyinə təminat istəyəcək.
Qriqori Ayvazyan Ermənistana köçən digər erməniləri də Azərbaycana qayıtmağa çağırıb. O, bununla bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinə müraciət etdiyini deyib.