"Umbro" şirkəti AFFA-nın sifarişini yerinə yetirib
02-09-2010
Futbol üzrə yığma komandamız Avro-2012-nin seçmə mərhələ oyunlarına yeni forma ilə çıxacaq. AFFA-dan verilən məlumata görə, sentyabrın 7-də Köln şəhərində keçiriləcək Almaniya – Azərbaycan oyununa millimizin futbolçuları meydana yeni formada çıxacaqlar.
Müasir dizayn və yüksək keyfiyyəti ilə seçilən bu formalar İngiltərənin “Umbro” firması tərəfindən istehsal olunub.