Ötən tədris ilində isə TN-in tabeliyindəki təhsil müəssisələri 118 025 nəfəri I sinfə qəbul edib
02-09-2010
2010-2011-ci tədris ilində Təhsil Nazirliyinin (TN) tabeçiliyindəki orta ümumi təhsil məktəblərində 1 milyon 342 min 498 şagirdin təhsil alacağı gözlənilir. Təhsil Nazirliyinin ümumi təhsil və məktəbəqədər tərbiyə şöbəsindən verilən məlumata görə, yeni dərs ilində nazirliyin tabeliyindəki təhsil müəssisələri üzrə 123 844 uşağın I sinfə gedəcəyi proqnozlaşdırılır. Ötən tədris ilində isə TN-in tabeliyindəki təhsil müəssisələri 118 025 nəfəri I sinfə qəbul edib.
Nazirlikdən bildirilib ki, hazırda Azərbaycanda TN-in tabeliyində 4525 ümumi təhsil məktəbi fəaliyyət göstərir.