Fransanın əfsanəvi futbolçusu Zinəddin Zidan baş məşqçi Loran Blanın istəyi ilə Fransa yığma komandasının məşq prosesində iştirak edib. Fransa seçmə komandasının baş məşqçisi Zidandan gənc futbolçularla ünsiyyətdə olmağı və onlara məsləhət verməyi xahiş edib.
“Mən fransız futbolçulara qarşıdakı oyunlarda həyəcanlanmamağı məsləhət gördüm. İndi Fransa seçmə komandası üçün qələbələr qazanmaq vacibdir ki, futbolçular qalibiyyətin dadını hiss etsinlər”, - deyə Zidan bildirib.
Xatırladaq ki, Fransa yığma komandası sabah Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Belarus millisi ilə qarşılaşacaq.