UEFA prezidenti Mişel Platini Ermənistanda səfərdədir. Futbol məmuru səfər çərçivəsində Avan icmasında idman bazasının açılışında iştirak edib.
Mərasimə Ermənistan prezidenti Serj Sarkisyan, İrəvanın meri Qaqik Beqlaryan və Ermənistan yığmasının futbolçuları da qatılıb. Açılış mərasimində Ermənistan prezidenti Serj Sarkisyan Mişel Platinini şərəf medalı ilə təltif edib. ans
Xatırladaq ki, İrəvanda idman bazasının tikintisinə sərf edilmiş 12 milyon dollardan 7 milyonunu UEFA, 400 min vəsaiti FİFA, yerdə qalan 4,6 milyon dolları isə Ermənistan Futbol Federasiyası ayırıb.