Türkiyə xarici işlər naziri Əhməd Davutoğlu bildirib ki, qafqazın sülh, sabitlik və rifah bölgəsinə çevrilməsi üçün bütün problemlər həll edilməlidir
02-09-2010
Faktxeber.com-un Anadolu xəbərə agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə xarici işlər naziri Əhməd Davutoğlu bildirib ki, Azərbaycan-Ermənistan arasındakı mövcud problemin həlli edilməsi lazımdır.
Iğdır və Ağrıda səfərdə olan Davutoğluya jurnalistlərdən biri belə sual verib. "Türkiyə tırları Gürcüstandan Ermənistana mal aparır və qarşılıqlı olaraq təyyarə səfərləri təşkil edilir. Bölgə xalqı üçün çox əhəmiyyətli olan Şərq sərhəd qapısı nə vaxt açıla bilər?''
Əhməd Davutoğlu suala belə cavab verib:
''Qafqaz bölgəsinə aid siyasətimizin müəyyən əsasları var. Bunun müvəffəqiyyətli olması üçün də çox çalışırıq. Biz, Qafqaz bölgəsinin sülh, sabitlik və rifah sahəsinə çevrilməsi üçün bölgədəki problemlərin, xüsusilə Azərbaycan-Ermənistan probleminin həlli edilməsində maraqlıyıq. Bölgənin rifahının artırılması üçün bütün sərhədlərin açılması lazımdır. Türkiyə-Ermənistan, Ermənistan-Azərbaycan sərhədlərinin açılması sülh və rifahı özü ilə birlikdə gətirəcək. Biz keçən il protokolları imzalayarkən bu perspektivlə imzaladıq və istədik ki bölgəmizdə və bütün ölkələr arasında normallaşma reallaşsın.''