Bu qarşılaşma dünyanın bir çox KİV-ləri tərəfindən diqqət mərkəzində saxlanılmaqdadır
02-09-2010
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də keçiriləcək Almaniya – Azərbaycan oyununu daha bir kanal canlı yayımlayacaq. Məlum olduğu kimi, bu qarşılaşma dünyanın bir çox KİV-ləri tərəfindən diqqət mərkəzində saxlanılmaqdadır. Məlumata görə, bu qarşılaşmanı yayımlayacaq kanalların – AzTV, İdman Azərbaycan, ARD Daa Herte (Almaniya), ESPN (ABŞ), Sportklub (Xorvatiya), Sport 2 (Macarıstan) – sırasına daha bir televiziya – Rusiyanın NTV plyus kanalı da qoşulub