"Əgər "Real"dan ayrılmam gərəkirsə, həmən dəqiqə məni istəyən böyük bir klub taparam"
02-09-2010
Madrid "Real"ına müdafiə futbolu oynatmaqda günahlandırılan Joze Maurinyo onu tənqid edənlərə sərt cavab verib. Portuqaliyalı mütəxəssis istefa verməyə hazır olduğunu deyib. "İlk oyunlar həmişə qəribə olur. Keçən həftə "Bavariya" və "Yuventus" uduzdu, "İnter"lə "Mançester Yunayted" heç-heçə oynadır. Bəhanə axtarmıram. Amma startda belə nəticələr normaldır. "Real"ın oyunu ilə bağlı fikir müxtəlifliyi var. Hamı bilsin ki, mən bunu verə bilərəm. Bunun üçün ideal bir məşqçiyəm. Heç nədən qorxum yoxdur. Əgər "Real"dan ayrılmam gərəkirsə, həmən dəqiqə məni istəyən böyük bir klub taparam", deyə Maurinyo bildirib.