Milli Bankın yeni binası köhnəlməmiş sökülür. Azərbaycan hökumətində olan mənbənin bildirdiyinə görə “bu bina Heydər Əliyevin abidəsinin qarşısını kəsdiyinə görə (?) sökülməlidir”.Mərkəzi Bank üçün yeni binanın tikilməsi üçün daha “uyğun yer” tapılıb və hələlik, bu yer barədə məlumat açıqlanmır. Yeni Bank binasının tikintisi üçün layihə hazırlamaq bir Avstriya şirkətinə həvalə edilib. Şirkətin adı və layihə işləri üçün nə qədər pul ayrıldığı hələlik, “dövlət sirri” kimi qorunur. Amma Mərkəzi Bankı üçün yeni binanın tikintisinin ümumən neçəyə başa gələcəyi barədə təqribi məlumatı əldə edə bildik. Azərbaycan hökumətinə yaxın olan mənbənin bildirdiyinə görə, yeni bankın tikintisi 100 milyon manatdan bir qədər artıq başa gələcək.
Xatırladırıq ki, Mərkəzi Bankın indiki binası 10 il bundan əvvəl tikilib. Həmin vaxt tikintinin gedişində 25 milyon dollara qədər mənimsəmə əməliyyatlarının olduğu barədə yarımrəsmi xəbərlər yayılmışdı.// Azadlıq qəzeti