Hafiz Hacıyev: "ATƏT-in Bakı Ofisinin rəhbəri haqqında ciddi faktlar toplamışıq, məlum olub ki, o hətta uşaq yaşlarından homoseksualistdir"
Yaşar Əsədov: "Azərbaycanda hakim və qərbpərəst partiyalarından başqa heç bir şey ATƏT-in Bakı Ofisini maraqlandırmır"
01-09-2010
“Azərbaycanda həmişə özünə münasib insanlar seçilib. Tarix boyu biz bunu belə görmüşük. Bizi daha çox təəssüfləndirən odur ki, demokratiyadan dəm vuran ATƏT Azərbaycanda bir neçə təşkilatdan başqa partiyaları hesaba almaq istəmir” – bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev FaktXeber.com-a bildirdi. Onun sözlərinə görə ATƏT ikili standartını davam edir: “Bu, çox mənfi haldır. Biz bunun kökünə qədər gedib, çıxmışıq. ATƏT, o cümlədən Avropa Şurasının Bakı təmsilçiliyi və Qərb dövlətləri Azərbaycanda daha çox onların sözünə baxan, sifarişi ilə oturub-duran siyasi partiyalarla əlaqə qurur. Əksinə milli və dövlətçilik maraqlarına uyğun siyasətini quran partiyalarla təmas qurmaq istəmirlər”.
H.Hacıyev ona da bəzi təkliflərin olduğunu bildirdi: “Dəfələrlə ATƏT-in rəhbərliyi və bəzi Qərb dövlətlərinin Bakıdakı səfirlikləri tərəfindən onlarla işləmək haqqında bizə də təkliflər olunub. Biz onlardan soruşmuşuq ki, sizinlə nə işləyəcəyik? Onlar da müəyyən maliyyə dəstəyi qarşısında Azərbaycandan bəzi informasiyaların ötürülməsinivə lazım olanda qarışıqlıq salmağı tələb ediblər. Təbii ki, dövlətimizi və xalqımızı sevən insanlar olduğumuz üçün bizimlə belə bir alış-veriş baş tuta bilməz. Ona görə də bizə qarşı düşmənçilik mövqeyi sərgiləyirlər”.
İki prezident, bir parlament seçkisində iştirak edən, 62 rayon təşkilatı olan, arxasında real güc dayanan partiyanı tədbirlərində aldadıb deyirlər ki, biz parlamentdə təmsil olunan partiyaları dəvət etmişik. Amma biz araşdırıb gördük ki, onların tədbirlərində dövlət qeydiyyatından keçməyən, təkcə sədrdən ibarət olan partiyalar dəvət olunub – H.Hacıyev vurğuladı: “Bunlar ancaq sifarişlərini yerinə yetirən təşkilatlarla işləyirlər. Biz bunu ədalətsiz hesab edirik, Qərbin demokratiyadan tam uzaq olduğunu görürük. Ona görə də aksiya keçirməyə məcbur olduq. Hesab edirəm ki, aksiya çox normal alındı. Biz öz sözümüzü demişik və parlament seçkisində də deyəcəyik. Onlar bilməlidirlər ki, Azərbaycanda dəstəklədikləri bir neçə partiyanın ətrafında partiya sədrlərindən və onların ailələrindən başqa heç kəs yoxdur. Düşünürəm ki, bu partiyalar üçün qoyulan sərmayə batacaq”.
Hacıyev digər partiyaları da mübarizəyə səslədi: “Niyə digər partiyalar öz haqqlarını tələb etmirlər? Arxalarında adam varsa, niyə bizim kimi küçələrə çıxmırlar? Elələri var ki, bir nəfərlə partiyası olduğunu iddia edir. Yaxın günlərdə ATƏT-ə üzv olan dövlətlərin Bakı nümayəndələri ilə görüşlər təşkil edəcəyik. Eyni zamanda ATƏT-in Bakı Ofisinin rəhbəri haqqında ciddi faktlar toplamışıq. Artıq məlum olub ki, o homoseksualistdir. Hətta uşaq yaşlarından bu işlə məşğul olub. Bu istiqamətdə topladığımız məlumatları yaxın vaxtlarda mətbuata açıqlayacağıq. Qoy, Azərbaycan cəmiyyəti bilsin ki, onlara demokratiya öyrətmək istəyən ATƏT-in Bakı rəhbərliyi necə adamdır. O, Azərbaycanda ancaq qarışıqlıq yaratmağa çalışır. Onun kimliyi barəsində Azərbaycan itcimaiyyətinə və ATƏT-ə üzv olan ölkələrin səfirliklərinə məlumat verəcəyik”.
H.Hacıyev parlament seçkilərinə də toxundu: “Biz 72 namizədlə seçkilərə qatılmağı nəzərdə tuturuq. Bu barədə KİV-də məlumatlar dərc olunub. Amma mən özüm namizəd kimi iştirak edəcəyim haqda qərar verməmişəm. Çünki, prezident seçkilərində namizəd olmuşam. Hesab edirəm ki, prezidentliyə namizəd olan partiya sədrinin parlament seçkilərinə qoşulması düzgün deyil. Eyni zamanda bir neçə gündən sonra, son qərarı verəcəm”.
Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədr müavini Yaşar Əsədov bizimlə söhbətində bildirdi ki, xüsusən Azərbaycanda belə hallar gözləniləndir: “Bu, dolayısı ilə o deməkdir ki, Azərbaycanda hakim və qərbpərəst partiyalarından başqa heç bir şey ATƏT-in Bakı Ofisini maraqlandırmır. Bu mənada çox güman ki, hakimiyyət tərəfindən bütün maraqlar təmin olunur. Qərbpərəst müxalifət partiyalarına gəldikdə, onlar da öz rollarını çox məharətlə oynayırlar. Ona görə də bütün tədbirlərə dəvət olunurlar”.
Sizcə, ATƏT qərbpərəst partiyalardan nə tələb edir – sualına gəldikdə, Y.Əsədov bildirdi: “Düşünürəm ki, qarşılıqlı siyasət həyata keçirilir. Aydın məsələdir ki, Azərbaycanda İran hakimiyyəti kimi bir hakimiyyətin qurulması nə Qərbə, nə də Avropaya sərf etmir. Çünki, orada bütün sərvətlərin bir sahibi var. O da İran dövlətidir. Amma vaxt var idi ki, İranın neft və qazına Avropanın və Amerikanın böyük şirkətləri sahib çıxmışdılar. Bu mənada İrandakı vəziyyətin Azərbaycanda təkrarlanmasını istəmirlər”.