Danimarkanın N Aalborg Universitetində işləyən bir alim Epilepsiya böhranını əvvəldən təyin edəcək texnologiya hazırlayıb
01-09-2010
FaktXeber.com-un verdiyi məlumata görə, Danimarkanın N Aalborg Universitetində işləyən bir araşdırmaçı alim Epilepsiya (qıcolma - red.) böhranını əvvəldən təyin edəcək texnologiya hazırlayıb. Boyunda olan "Vagus" sinirinə yerləşdiriləcək bir çip, yaxınlaşan böhranı 80 saniyə əvvəl təyin edib, xəbərdarlıq siqnalları ilə maneə törədir.
Bu barədə açıqlama verən araşdırmaçı Nico Rijkhoff, yaxın illərdə insanda sınanacaq texnologiyanın ürəyin iş prinsipinə uyğunlaşdığını və xəstələrin həyatını asanlaşdıracağını söyləyib.