Türkmənistanda "Cəhənnəm Qapısı" olaraq tanınan təbii qaz krateri, 43 ildir gecə-gündüz yanır
01-09-2010
FaktXeber.com-un verdiyi məlumata görə, paytaxt Aşqabaddan təxminən 250 kilometr məsafədə yerləşən Mərkəzi Qaraqum səhrasındakı kraterin dərinliyi təxminən 50 metr, diametri isə 100 metrdən artıqdır.
Türkmənlərin "Cəhənnəm Qapısı" adlandırdıqları krater, 1967-ci ildə təbii qaz platformasının çökməsi nəticəsində yaranıb. Bu qəza əsnasında qazmada işləyən bəzi fəhlələr dünyasını itiriblər, bütün ləvazimat isə yerə batıb.
Türkmən geoloqlar, kraterin qazma əsnasında yer altındakı əhəng daşına bənzər ehtiyatların suyla təması nəticəsində əriməsiylə meydana gəldiyini bildirilər. Bəzi qaynaqlar isə qazmanın yeraltı mağara üzərində həyata keçirildiyini söyləyirlər.
Xüsusilə xarici turistlərin diqqətini çəkən bu nəhəng yanar çuxur barədə sənədli film çəkən bir Amerika televiziya kanalında "Cəhənnəm Qapısı" adıyla yayımlanmasından sonra kraterin ad-sanı gündəmdən düşmür.
Alovları gecələr yüzlərlə metr uzaqdan görünən kraterin səs-küyü də yenə yüzlərlə metr məsafədən eşidilir. Kraterin yanına küləkli havalarda yaxınlaşmaq mümkün deyil.
Mütəxəssislər, təbii qaz sızdıran bu cür yerlərin bağlanmadığını, bağlanılsa da getdikcə yığılan təbii qazın partlaya biləcəyi bildirilir. Eyni bölgədə yenə qazma qəzası olan başqa bir kraterdə isə qrunt suları yığılır.