Alimlər hafizənin bir hissəsinin silinməsi üçün araşdırmalarını davam etdirirlər
01-09-2010
Belə ki, bu sahədə aparılan ilk təcrübələr nəticəsində beyindəki qorxu hüceyrələrini silmək mümkün olsa da, hafizənin bütünlüklə silinməsinə nail olunmayıb. Qeyd edək ki, keçən il Torontoda “Sick Çıldırn Hospital” adlı xəstəxanada mütəxəssislər bir siçanın hafizəsinin bir qismini silməyi bacarıblar. Mütəxəssislər bunu reallaşdırmaq üçün beyində “KREB” adlı bir proteini hədəf alıblar. Araşdırma zamanı elektraşok istifadə edilərək musiqi tonu ilə siçovlular qorxudulub. Sonra heyvanların badamcıqlarında olan “KREB” adlı proteindəki mövcud neronlar məhv edilib. Daha sonra siçovluların musiqi səsindən qorxmadıqları aydın olub.