Basketbol üzrə Dünya çempionatının növbəti oyunları keçiriləcək
01-09-2010
Bu gün Türkiyədə keçirilən basketbol üzrə Dünya çempionatı çərçivəsində baş tutacaq matçları kölgədə qoyacaq qarşılaşmanın olacağı gözlənilir. Belə ki, "B" qrupunda ABŞ komandası İranın basketbol komandasını qəbul edəcək.
İki ölkə arasında “soyuq müharibə”nin olması bu matçın prinsipiallığını daha da artırır. ABŞ yığmasının baş məşqçisi Mayk Krjijevski idmanı siyasətə qatmağın əleyhinə olduğunu bildirib
“Dünya çempionatı bir idman yarışıdır. Biz İran yığmasına hörmət edirik. Ümid edirəm ki, çox maraqlı qarşılaşma alınacaq”, - deyə baş məşqçi bildirib.
Xatırladaq ki, ABŞ basketbol yığması "B" qrupunda keçirdiyi 3 oyunda 3 qələbə qazanıb. İran idmançıları isə Dünya çempionatlarında keçirdikləri 3 oyunun yalnız birində qələbə qazanıb.