Kaxa Kaladzenin Gürcüstan prezidenti Mixail Saakaşvili ilə arası dəyib
01-09-2010
Futbol üzrə Gürcüstan millisinin kapitanı, iki illiyə “Milan”dan “Cenoa” klubuna keçən Kaxa Kaladze Gürcüstan müxalifətinə qoşulub. Gürcüstanda nəşr olunan “Axali taoba” (“Yeni nəsil”) qəzeti xəbər verir ki, məşhur futbolçu Gürcüstanın BMT-dəki keçmiş daimi nümayəndəsi İrakli Alasaniyanın rəhbərlik etdiyi “Bizim Gürcüstan-Azad demokratlar” partiyasının sıralarına daxil olub. Qəzetin məlumatına görə, Kaxa Kaladze əvvəllər Gürcüstan prezidenti Mixail Saakaşvili ilə yaxın olub. Lakin sonradan onlar arasında kəskin fikir ayrılığı yaranıb. O vaxtdan futbolçu Gürcüstanda baş verən prosesləri fəal tənqid edir.
2010-cu ilin sonunadək “Bizim Gürcüstan-Azad demokratlar” partiyasının qurultayı keçirilməlidir. Məşhurlardan kimin partiya rəhbərliyində təmsil olunacağı hələlik məlum deyil.