Braziliya milli komandasının futbolçusu Robinyo İngiltərənin "Mançester Siti" klubundan İtaliyanın "Milan" komandasına keçib. Korner.az "Rossonyerlər"in rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 4 illik müqavilə bağlanılıb. Qeyd edək ki, "Milan" yay transfer dövründə İsveç yığmasının hücumçusu Zlatan İbrahimoviç və 2010-cu il dünya çempionatının “tapıntı”sı, Qana millisinin yarımmüdafiəçisi Kevin-Prins Boatenqlə də anlaşıb. Hər iki oyunçu “qara-qırmızılar”ın heyətində icarə əsasında çıxış edəcək.