İran yeni neft və təbii qaz yataqları aşkarladığını bildirib
31-08-2010
Faktxeber.com-un verdiyi məlumata görə, İran Neft Nazirliyi son bir ildə 13 neft və təbii qaz yatağının aşkarlandığını açıqlayıb. Yeni neft yataqlarının 14 milyard barrel və təbii qaz yataqlarının isə 45 trilyon kub/metr ehtiyata sahib olduğu bildirilir. Bu barədə CNN kanalı məlumat yayıb.
Xatırladaq ki, 2005-2010 illəri əhatə edən dördüncü 5 illik inkişaf proqramı daxilində cəmi 19 neft və 8 təbii qaz yatağının kəşf edildiyi bildirilir. İran gündə 3,8 milyon barrel neft istehsalıyla OPEK-də Səudiyyə Ərəbistanından sonra ikinci yerdədir. Bundan əlavə İran Rusiyadan sonra dünyanın ən çox təbii qaz ehtiyatına sahib olan ölkəsidir.