Rus jurnalistlər həmyerlimizi xəyanatdə günahlandırır
31-08-2010
Xəbər verdiyimiz kimi milli komandamızın üzvü Mahir Şükürov Rusiya mətbuatı tərəfindən tənqid hədəfinə çevirilib. Buna səbəb futbolçumuzun ötən gün keçirilən "Anji" - "Sibir" oyununda Rusiya dövlət himninə qarşı "sayğısız hərəkət"i olub. Belə ki, qarşılaşmanın əvvəlində - Rusiya himini səsləndirilərkən, komanda yoldaşlarından fərqli olaraq nümayişkəranə şəkildə başqa səmtə çevirilib. Olayı şərh edən Rusiya mediası Mahirin hərəkətini "Rusiya himninə və bayrağına nifrət" kimi qələmə verib. "Azərbaycanlı oyunçudan başqa da "Anji" də əcnəbilər oynayır. Amma onların heç biri onun kimi etmir. Siz nə fikirləşirsiz? Azərbaycandan olan bu hərəkəti Rusiyaya nifrətin göstəricisi deyilmi", deyə Rusiya saytlarından biri yazıb.