İndiyə qədər virusa yoluxmuş 11 nəfərin öldüyü bildirilir.
31-08-2010
FaktXeber.com-un verdiyi məlumata görə, Rumıniyada "Qərbi Nil" virusuna yoluxanlardan iki nəfər dünyasını dəyişib. Həyatını itirənlərdən birinin Rumıniyanın paytaxtı Buxarest şəhərində, digərinin isə Kostencedə həlak olduğu bildirilir. Qeyd edək ki, Yunanıstanın şimali və mərkəzi hissələrində yayılan “Qərbi Nil” virusuna yoluxanların sayı 11 500 nəfər çatıb. Ölkənin Səhiyyə Nazirliyi isə ağcaqanadlarla mübarizəyə 2,5 milyon avro vəsait ayırıb.
Nəzərinizə çatdıraq ki, bu virusa ilk dəfə 1937-ci ildə Uqandanın Qərbi Nil bölgəsində rast gəlindiyi üçün həmin yerin adı ilə adlandırılıb. Əsasən ağcaqanadlar vasitəsi ilə yayılan virus yaşlı və immun sistemi zəif insanlarda ölümcül ola bilən beyin iltihabına səbəb ola bilir