Rusiyanın baş naziri Vladimir Putin, Rusiyanı idarə etdiyi ilə əlaqədar iddiaların "tam bir axmaqlıq" olduğunu və xarici siyasətdən bərk sıxıldığını söyləyib
31-08-2010
FaktXeber.com-un Lenta.ru-ya istinadən verdiyi məlumata görə, Putin, mətbuat mənsublarının suallarını cavablandıraraq, ölkənin daxili siyasəti ilə əlaqədar mövzulara yönəldiyini bildirib. O, "Xarici siyasətdən sıxılmışam. Bir ölkənin daxili siyasəti güclü olsa, xarici siyasət də güclü olar" - deyə bildirib.
Rusiya prezidenti Dmitri Medvedyevin vəzifəsini gözəl bir şəkildə yerinə yetirdiyini söyləyən Putin, "Qorxu və narahatlıq keçiriləcək bir vəziyyət görmürəm. Dövlət başçısı hər şeyi keyfiyyətli və şüurlu bir şəkildə həyata keçirir. Xarici siyasət ilə əlaqədar bütün mövzularda özü qərar verir. Ona zəng edə bilərəm, o da mənə zəng edə bilər və vahid fikir birliyi yaranar" - deyə bildirib. Putin, Medvedevlə sıx-sıx görüşdüklərini də xatırladıb.
Sorğunu nəticələrinə görə, ölkə daxilində baş verən yanğınlardan sonra Putinin xalqdan dəstəyi bir qədər azalsa da, xalq Rusiya baş nazirini hələ ən məşhur siyasətçi olaraq görür. Xalqın böyük bir qisimi də ölkəni prezident Medvedyevin əvəzinə Putinin idarə etdiyinə inanır.