Boksçunun rəqibi Şennon Briqqs hamının qarşısında buna söz verib
31-08-2010
WBC versiyası üzrə çempion olan ukraynalı boksçu Vitali Kliçko ilə döyüşəcək amerikalı Şennon Briqqs maraqlı açıqlamaları ilə yadda qalıb. Amerikalı boksçu Kliçkonu döyüşün ilk 30 saniyəsində nokauta göndərərək qalib gələcəyinə söz verib.
Vitali Kliçko isə Briqqsə hörmət etdiyini, ancaq bununla belə ona məğlub olmaq fikrində olmadığını bildirib. Şennon Briqqs karyerası ərzində 58 döyüş keçirərək bu döyüşlərdən 51-də qalib gəlib.
Xatırladaq ki, Kliçko və Briqqs arasındakı döyüş bu ilin oktyabr ayında Almaniyanın Hamburq şəhərində keçiriləcək.