Türkiyə bu dəfə qəzzalı Əsmaxan adlı körpəyə yardım əli uzadacaq
31-08-2010
Faktxeber.com-un Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Fələstində müalicə şəraiti olmayan və ürək xəstəliyi ilə doğulan 20 günlük körpə, Türkiyəyə Səhiyyə Nazirliyinin xüsusi təyyarəsi ilə gətiriləcək.
Türkiyə Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada bildirilir ki, "Əsmaxan adlı körpə üçün Xarici İşlər Nazirliyi vasitəsi ilə lazımlı icazələr alınacaq. Əvvəlcə Qəzzadan təcili yardım maşını ilə Misirə nəql ediləcək. Sonra da təcili yardım təyyarəsi ilə İstanbul gətiriləcək."
Qeyd edək ki, İsrail rejiminin Qəzzaya etdiyi qanlı hücumlardan sonra Qəzza xəstəxanaları vətəndaşlarına lazım olan xidməti göstərə bilmir. Qəzzalıların bu çətin şəraitdə yaşamasına baxmayaraq İsrail rejimi hələ də embarqonu götürməyib.