Mütəxəssislər, satanist təriqəti kimi gizli təriqətlərin cəmiyyət üçün böyük bir təhlükə olduğunu bildirilər. Satanist təriqətdən ayrılmağı böyük çətinliklərlə bacaran Laura, yaşadıqlarını danışıb
Faktxeber.com-un verdiyi məlumata görə, satanist (yəni şeytana ibadət edən) bir təriqətin içində böyüyən Laura, şeytana olan bağlılığını göstərmək üçün çoxlu işgəncəyə, əziyyətə və təcavüzə məruz qaldığını söyləyir. Gizli təriqətin üzvü olaraq yetişdirilib və qanlı ayinlərdə iştirak etməyə məcbur edilirdim.
Laura bu cür davam edir:
"Atam, təriqətdə yüksək məqam sahibi idi. Çox kiçik yaşlarımdan etibarən məni, birliyin istədiyi şəkildə və etdikləri hər şeyə icazə verəcək şəkildə yetişdirməyə başladı. Mənə tapşırılmışdı ki, ağlamayacaqsan, qışqırmayacaqsan, ağrıya reaksiya verməyəcəksən və heç kimə heç nə deməyəcəksən.
Marburqlu din alimi Adelheid Herrmann Pfandt deyir ki, Lauranın üzvü olduğu satanist təriqəti kimi gizli təriqətlər böyük təhlükə mənbəyidirlər. Çünki bu cür təriqətlərdə satanizmin qorxunc əməlləri tətbiq olunur. Üstəlik cəmiyyətdə təriqət mənsublarının gizli həyatı haqqında heç bir şey danışılmır. Bu pis ayinlər təşkil edən insanlar cəmiyyətdə tanınmırlar.
Satanist ayinlərində iştirak edən qadınlar bizdən kömək istəyərək bildiriblər ki, burada ayin əsnasında hamilə bir qadının doğuşdan sonra uşağı başqa ayinə qurban edilib.
Uzun illər bu tip ayinlərin yalnız bir hekayədən ibarət olduğu düşünülürdü. Ancaq 2008-ci ildə Şimali Ren Vestfalya əyalətində 2 min həkim və terapistin qatıldığı bir sorğu bunun əksinəni göstərdi. Sorğuda iştirak edən həkim və terapistlərin 120-si satanist qrupların işgəncəsinə məruz qalan xəstələri olduğunu bildiriblər.
Qeyd edək ki, böyük çətinliklərlə təriqətdən ayrılan Laura, indi güclü təhlükəsizlik tədbirləri altında xüsusi bir mərkəzdə yaşayır.