Evlərinin kanalizasiya sisteminin sıradan çıxmasına etiraz edən rayon sakinləri YAP-dan da istefa verməyə hazırlaşırlar
31-08-2010
Biləsuvar rayonu Səməd Vurğun küçəsi, bina 1-də yaşayan 16 ailə ağır vəziyyətdə yaşayır. Səbəb kanalizasiya sisteminin sıradan çıxması və indiyə qədər düzəldilməməsidir. Bununla bağlı müvafiq qurumlara dəfələrlə müraciət edən sakinlərin sözünü və dərdini eşidən yoxdur.
FaktXeber.com-un TİA-ya istinadən verdiyi məlumata görə, Səməd Vurğun küçəsinin sakinləri bildiriblər ki, artıq yekun qərar veriblər. Qərarları isə 16 ailənin qarşıdan gələn parlament seçkilərində iştirakdan imtina etməkdən ibarətdir. Bundan başqa, onlar həmçinin etiraz əlaməti olaraq hakim Yeni Azərbaycan Partiyasından da istefa verməyə də hazırlaşırlar.
Daha sonra sakinlərin əməkdaşlarımız bildiriblər ki, problem belə davam edərsə Prezident Administrasiyasına yürüş edəcəklər.