Qalatasaray, yeni mövsüm üçün razılaşdığı mərkəz oyunçusu Zvjezdan Misimoviç ilə "Liverpul" klubundan Emiliano İnsuanı İstanbula gətirib
31-08-2010
Faktxeber.com-un klubun rəsmi saytına istindən verdiyi məlumata görə, "Qalatasaray" klubunun bu gün səhər İstanbula gətirdiyi Misimoviç və İnsuanın müqavilə imzalayacağı gözlənilir.
"Volsfburq"dan transfer edilən 28 yaşlı bosniyalı mərkəz oyunçusu Misimoviç hava limanında "Qalatasaray" klubu rəsmiləri tərəfindən qarşılanıb.
"Liverpul"dan bir illiyinə icarəyə götürülən sol qanad oyunçusu 21 yaşlı Emiliano İnsua Argentinanın U20 milli komandasında oynayır.